Yeni xəbərlər burada görünəcək.

QALATASARAY PSJ-NİN YETİRMƏSİNİ ALDI

LEQAL XƏBƏR məlumat verir ki, “Qalatasaray” Almaniyanın “Leypziq” klubunda çıxış edən El-Şaday Bitşiabu ilə transfer barədə razılığa gəlib. 21 yaşlı fransalı müdafiəçi icarə əsasında İstanbul təmsilçisinə keçəcək. Razılaşmada futbolçunun transfer hüquqlarının alınması üçün 25 milyon avroluq

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, “Qalatasaray” Almaniyanın “Leypziq” klubunda çıxış edən El-Şaday Bitşiabu ilə transfer barədə razılığa gəlib.

21 yaşlı fransalı müdafiəçi icarə əsasında İstanbul təmsilçisinə keçəcək. Razılaşmada futbolçunun transfer hüquqlarının alınması üçün 25 milyon avroluq satınalma opsionunun yer aldığı bildirilir.

Bitşiabu transferi rəsmiləşdirmək üçün İstanbula gəlib. O, tibbi müayinədən keçdikdən sonra “Qalatasaray”la müqavilə imzalayacaq.

Qeyd edək ki, 1,96 metr boya malik futbolçu karyerasına PSJ-nin akademiyasında başlayıb. O, 2023-cü ildə “Leypziq”ə keçib və son üç mövsümdə Almaniya klubunun formasını geyinib.

Xəbəri paylaş Dostlarınıza göndərin