Leqal xəbər məlumat verir ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər minimum əməkhaqqının artırılması prosesində dövriliyin təmin olunmasına yönəlib.
Deputat Vüqar Bayramov bildirib ki, minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılması nəzərdə tutulur. Dəyişikliklər qəbul olunarsa, bu artımlar dövlət büdcəsindən maliyyələşən bir sıra sahələrdə çalışanların maaşlarına da təsir edəcək.