İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Qapıları bağlı, divarları tozlu: Respublika Perinatal Mərkəzinin aqibəti necə olacaq?

Respublika Perinatal Mərkəzinin binasının qapıları iki ildən artıqdır ki, bağlıdır, pəncərələrini isə toz basıb. Leqal Xəbər "Xəzər" TV-yə istinadən xəbər verir ki, minlərlə ailə məhz bu mərkəzdə sağlam övlad sahibi olub. Mərkəzdə illər ərzində yüksək ixtisaslı ginekoloqlar,

7 baxış 3 dəq
Qapıları bağlı, divarları tozlu: Respublika Perinatal Mərkəzinin aqibəti necə olacaq?

Respublika Perinatal Mərkəzinin binasının qapıları iki ildən artıqdır ki, bağlıdır, pəncərələrini isə toz basıb.

Leqal Xəbər "Xəzər" TV-yə istinadən xəbər verir ki, minlərlə ailə məhz bu mərkəzdə sağlam övlad sahibi olub.

Mərkəzdə illər ərzində yüksək ixtisaslı ginekoloqlar, neonatoloqlar, reanimatoloqlar və təcrübəli tibb bacılarından ibarət güclü peşəkar komanda formalaşıb. Bu sahədə uzun illər aparıcı rol oynamış Respublika Perinatal Mərkəzinin iki ildən artıq müddətdə tam fəaliyyət göstərməməsi isə ciddi suallar doğurur.

Maraqlıdır ki, 2024-cü ildə baş verən yanğın nəticəsində yararsız hala düşən və bu il təmir olunması gözlənilən tibb müəssisəsində hələ də təmir işlərinə başlanılmayıb.

Binanın hər iki giriş qapısının şüşəsindən içəriyə nəzər saldıqda dəhlizlərin boş, oturacaqların isə istifadəsiz qaldığı görünür.

Ərazidəki əməkdaşların sözlərinə görə, hazırda binanın yalnız birinci mərtəbəsində şöbələrdən birinin fəaliyyəti bərpa edilib.

Mərkəzin gələcək fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb. Lakin hər iki qurumun cavabında Respublika Perinatal Mərkəzinin gələcək fəaliyyəti barədə konkret məlumat verilməyib.

Xəbəri paylaş Dostlarınıza göndərin