Fevralın 28-nə olan məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində qar örtüyü qeydə alınıb.
Qar örtüyünün hündürlüyü Şahbuz rayonunun Kükü kəndində 68 sm, Biçənək kəndində 33 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 34 sm təşkil edib. Stansiyanın 3000 metr yüksəklikdə yerləşən ərazisində isə faktiki qar örtüyünün hündürlüyü 114 sm ölçülüb.
Digər ərazilərdə qarın hündürlüyü 1–4 sm arasında dəyişir. Hazırda qar yağışı müşahidə olunmur.
