Yeni xəbərlər burada görünəcək.

QARA DƏNİZDƏ UKRAYNAYA KÖMÜR DAŞIYAN GƏMİDƏ PARTLAYIŞ

LEQAL XƏBƏR məlumat verir ki, ötən gecə Qara dənizdə Liberiya bayrağı altında üzən və ABŞ-nin Norfolk şəhərindən Ukraynaya kömür daşıyan yük gəmisində partlayış baş verib. Rumıniyanın Daxili İşlər Nazirliyi yanında Fövqəladə Hallar Departamentinin məlumatına görə, hadisənin dəniz minasının

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ötən gecə Qara dənizdə Liberiya bayrağı altında üzən və ABŞ-nin Norfolk şəhərindən Ukraynaya kömür daşıyan yük gəmisində partlayış baş verib.

Rumıniyanın Daxili İşlər Nazirliyi yanında Fövqəladə Hallar Departamentinin məlumatına görə, hadisənin dəniz minasının partlaması və ya pilotsuz uçuş aparatının hücumu nəticəsində baş verdiyi ehtimal olunur.

Bildirilib ki, qəza "Christiana B" adlı quru yük gəmisi Rumıniyanın xüsusi iqtisadi zonasında, Sfıntu-George limanından təxminən 22 dəniz mili cənub-şərqdə hərəkətdə olarkən qeydə alınıb.

Gəmi kapitanının verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə yardım məqsədilə Rumıniyanın Dənizdə İnsan Həyatının Xilas Edilməsi Agentliyinə məxsus "SAR Apollo" və "SAR Artemis" xilasedici gəmiləri, eləcə də helikopter göndərilib.

Qeyd edək ki, iyulun 21-də də Qara dənizdə, Sfıntu-George sahillərindən 14 dəniz mili aralıda Liberiya bayrağı altında mayeləşdirilmiş qaz daşıyan yük gəmisində yanğın baş vermiş, nəticədə üç nəfər xəsarət almışdı. Həmin vaxt Rumıniya Prezidenti Nikuşor Dan gəminin hücuma məruz qaldığını açıqlamışdı.

Xəbəri paylaş Dostlarınıza göndərin