LEQAL XƏBƏR məlumat verir ki, "Qarabağ"ın legioneri Jeremi Qnali yaxın vaxtlarda komandasını dəyişə bilər.
Məlumata görə, bu ilin qış transfer pəncərəsində Yunanıstanın AEK klubundan Ağdam təmsilçisinə transfer olunan fransalı sol cinah müdafiəçisi gözləntiləri doğrultmayıb.
Bildirilib ki, 24 yaşlı futbolçuya artıq bir neçə klubdan təklif daxil olub. "Qarabağ" rəhbərliyi isə Qnalini icarə əsasında başqa komandaya göndərməyi planlaşdırır.
Qeyd edək ki, Jeremi Qnalinin "Qarabağ"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.![]()