Yeni xəbərlər burada görünəcək.

“QARABAĞ” ROSAYA GÖRƏ NƏ QƏDƏR PUL ÖDƏYƏCƏK?

LEQAL XƏBƏR məlumat verir ki, “Qarabağ” Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanın transferini tamamlayıb. Məlumata görə, braziliyalı futbolçunun keçidinin detalları müəyyənləşib. Klublar arasında əldə olunan razılaşmaya əsasən, Ağdam təmsilçisi 23 yaşlı Dieqo Rosanı 200 min avro

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, “Qarabağ” Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanın transferini tamamlayıb.

Məlumata görə, braziliyalı futbolçunun keçidinin detalları müəyyənləşib.

Klublar arasında əldə olunan razılaşmaya əsasən, Ağdam təmsilçisi 23 yaşlı Dieqo Rosanı 200 min avro qarşılığında birillik icarəyə götürüb.

Razılaşmada xüsusi şərt də yer alıb. Belə ki, Rosa cari mövsümdə “Qarabağ”ın keçirdiyi oyunların ən azı 50 faizində iştirak edərsə, klub futbolçunu 1 milyon avro qarşılığında birdəfəlik transfer etməli olacaq.

Bu məbləğin 500 min avrosu APOEL-ə, digər 500 min avrosu isə futbolçunun sabiq klubu “Bahia”ya ödəniləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin