Yeni xəbərlər burada görünəcək.

QARABAĞDA 16 NƏFƏRƏ AİD QALIQLAR AŞKARLANIB

LEQAL XƏBƏR məlumat verir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun məlumatına əsasən, üç gün əvvəl Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlanıb. Bu barədə institutun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV

4 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun məlumatına əsasən, üç gün əvvəl Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlanıb.
Bu barədə institutun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da təşkil olunan paneldə məlumat verib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu günədək 1000-ə yaxın insanın sümüyü aşkarlanıb.
A. Quliyev bildirib ki, hazırda aşkar edilmiş qalıqların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Onun sözlərinə görə, tədqiqatlar zamanı kütləvi məzarlıqlarla yanaşı, ayrı-ayrı insan qalıqlarına da rast gəlinir.
Xəbəri paylaş Dostlarınıza göndərin