LEQAL XƏBƏR məlumat verir ki, bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmada Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan Qarabağ FK komandasının da rəqibi müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin mümkün rəqibləri Slovakiyanın MŠK Žilina, Serbiyanın FK Vojvodina, Rumıniyanın Universitatea Craiova, Sloveniyanın NK Aluminij, İrlandiyanın Derry City FC və İslandiyanın Vestri komandalarıdır.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.