"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" klubuna qarşı keçirəcəyi qarşılaşma Azərbaycanda canlı yayımlanmaya bilər.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Qafqazinfo" məlumat yayıb.
Məlumata görə, buna səbəb İslandiya klubunun yayım hüquqları ilə bağlı "CBC Sport" telekanalından yüksək məbləğ tələb etməsi və əlavə şərtlər irəli sürməsidir.
"CBC Sport"dan bildirilib ki, məsələ ilə bağlı danışıqlar hazırda davam edir.
Qeyd olunub ki, İslandiya tərəfinin irəli sürdüyü şərtlər nə telekanalı, nə də "Qarabağ" klubunu qane edir.
Xatırladaq ki, "Vestri" – "Qarabağ" qarşılaşması bu gecə saat 00:00-da keçiriləcək.
İlk oyunda Bakıda rəqibini 3:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi cavab görüşünə ciddi üstünlüklə çıxacaq.![]()