Yeni xəbərlər burada görünəcək.

QASIRĞASI GÖZLƏNİLİR

Legal Xəbər məlumat verir ki, bu gün Günəş aktivliyinin artması nəticəsində Yerə təsir göstərə biləcək geomaqnit qasırğası proqnozlaşdırılır. Məlumata görə, Günəş səthində baş verən alışmalar və tac kütlə atılması nəticəsində plazma axınının Yerə yaxınlaşacağı gözlənilir. Bu səbəbdən saat 15:00-dan

4 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, bu gün Günəş aktivliyinin artması nəticəsində Yerə təsir göstərə biləcək geomaqnit qasırğası proqnozlaşdırılır.
Məlumata görə, Günəş səthində baş verən alışmalar və tac kütlə atılması nəticəsində plazma axınının Yerə yaxınlaşacağı gözlənilir. Bu səbəbdən saat 15:00-dan sonra G1 səviyyəli geomaqnit qasırğasının başlayacağı bildirilir.
Mütəxəssislərin proqnozuna əsasən, qasırğa gecə saatlarınadək davam edəcək, bəzi vaxtlarda isə onun gücü daha da arta bilər. Geomaqnit aktivliyin xüsusilə Yer ətrafı orbitdə fəaliyyət göstərən peyklərə və digər kosmik sistemlərə müəyyən təsir göstərməsi ehtimal olunur.
Ekspertlər meteohəssas şəxslərə səhhətlərinə diqqət yetirməyi, gün ərzində kifayət qədər istirahət etməyi və həkim tövsiyələrinə əməl etməyi məsləhət görürlər.
Xəbəri paylaş Dostlarınıza göndərin