Yeni xəbərlər burada görünəcək.

Qatar intervalları azaldılır

Leqal xəbər məlumat verir ki, Bakı Metropolitenində sərnişin axınının tənzimlənməsi məqsədilə qatarların hərəkət intervalı növbəti dəfə azaldılıb. Məlumata görə, texniki sistemlərin təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi nəticəsində pik saatlarda “28 May–Əhmədli” sahəsində hər iki

11 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Bakı Metropolitenində sərnişin axınının tənzimlənməsi məqsədilə qatarların hərəkət intervalı növbəti dəfə azaldılıb.
Məlumata görə, texniki sistemlərin təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi nəticəsində pik saatlarda “28 May–Əhmədli” sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edəcək. Günün müəyyən saatlarında – 12:30-14:30 və 16:00-17:00 aralığında isə Yaşıl və Qırmızı xətlər üzrə qatarlararası interval 30 saniyə azaldılıb.
Bundan əlavə, səhər və axşam saatlarında “Koroğlu”, “28 May”, “Gənclik” və “Elmlər Akademiyası” istiqamətlərində sərnişinsiz hərəkət edən qatarlar xəttə buraxılır. Yeniliyin məqsədi sərnişin sıxlığını azaltmaq və metro xidmətinin keyfiyyətini artırmaqdır.

Xəbəri paylaş Dostlarınıza göndərin