Yeni xəbərlər burada görünəcək.

Qayıqda partlayış: Azı yeddi nəfər öldü

Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətində rezin qayığın partlaması faciə ilə nəticələnib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, hadisə Mopanşan adası yaxınlığındakı sularda baş verib. Partlayış

8 baxış 3 dəq

Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətində rezin qayığın partlaması faciə ilə nəticələnib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Mopanşan adası yaxınlığındakı sularda baş verib. Partlayış nəticəsində 7 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.

Bildirilib ki, qayıqda ümumilikdə 13 nəfər olub. Hadisə zamanı xəsarət alan 5 nəfər, o cümlədən vəziyyəti ağır qiymətləndirilən iki nəfər xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalara əsasən, qayıqda olan şəxslər dənizin çəkilməsi zamanı molyusk toplamaq üçün əraziyə gedən yerli sakinlər olublar. Geri qayıdarkən mühərrikdə yanacaq sızmasının baş verdiyi ehtimal edilir. Qayıqçı mühərriki yenidən işə salmağa çalışarkən qəfil partlayış baş verib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin