Yeni xəbərlər burada görünəcək.

Qaz borusunun yararsız hala saldığı 50 minlik avtomobilin sahibi: "Cəmi bir həftədir almışdım"

Bakı şəhərinin Suraxanı rayonunda qeyri-sabit hava şəraiti nəticəsində üzərinə qaz borusu düşən avtomobilin sahibi hadisə ilə bağlı danışıb. Leqal Xəbər "Xəzər" TV-yə istinadən məlumat verir ki, avtomobil cəmi bir həftə əvvəl alınıb. Üzərinə düşən qaz borusu avtomobili, demək olar ki, iki

5 baxış 3 dəq

Bakı şəhərinin Suraxanı rayonunda qeyri-sabit hava şəraiti nəticəsində üzərinə qaz borusu düşən avtomobilin sahibi hadisə ilə bağlı danışıb.

Leqal Xəbər "Xəzər" TV-yə istinadən məlumat verir ki, avtomobil cəmi bir həftə əvvəl alınıb. Üzərinə düşən qaz borusu avtomobili, demək olar ki, iki hissəyə bölüb.

Zərbənin təsirindən avtomobilin dam hissəsi ikiyə bölünüb. Sahibinin sözlərinə görə, həyat yoldaşı pəncərədən baxarkən ağacın üzərinə aşdığı qaz borusunun avtomobilin üstünə düşdüyünü görüb. O, avtomobilin sığortalandığını da bildirib.

Qaz borusunun üzərinə aşdığı ağac artıq kəsilərək hissələrə bölünüb. Hadisə ilə əlaqədar ərazidə mənzillərə qazın verilişi dayandırılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin