LEQAL XƏBƏR məlumat verir ki, Qazaxda avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı gecə saatlarında VAZ markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülər üçün təhlükə yaradan Ə.Sadiqi saxlanılıb.
Araşdırma zamanı onun sürücülük hüququ və etibarnamə olmadan, həmçinin avtomobilin dövlət qeydiyyat nişanını çıxararaq nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilib.
Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ə.Sadiqi inzibati qaydada həbs edilib.![]()