Qazaxıstanın Almatı vilayətinin Boraldai qəsəbəsində qadın sürücü avtomobili supermarketin satış zalına sürərək rəfləri dağıdıb.
Leqal Xəbər Zakon.kz-nin "Telegram" kanalına istinadən məlumat verir ki, hadisə yerindən çəkilmiş görüntülər sosial şəbəkələrdə yayılıb.
Şahidlərin sözlərinə görə, sürücü hadisə zamanı tutma keçirdiyini bildirib. Lakin qadının səhhətində əslində hansı problemin yarandığı hələlik məlum deyil.
Yerli polis sürücünü inzibati məsuliyyətə cəlb edib.
Hadisə yerindən yayılan kadrlarda heyvan məhsulları şöbəsinin lövhəsinin altında dayanmış qara rəngli "Citroen" markalı avtomobil görünür. Döşəməyə kağız dəsmallar, dəftərxana ləvazimatları və digər məhsullar səpələnib. Mağaza əməkdaşları satış zalında yaranan dağıntıları videoya çəkiblər. ![]()