Yeni xəbərlər burada görünəcək.

Qazi aşpazın ölümünün səbəbi bəlli oldu

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölümü ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub. “Legal Xəbər”in əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib. 30 yaşlı İlkin Baxışov gecə saatlarında yaşadığı evdə şüşəni yumruqla sındırıb. Hadisə

9 baxış 3 dəq

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölümü ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.

“Legal Xəbər”in əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib.

30 yaşlı İlkin Baxışov gecə saatlarında yaşadığı evdə şüşəni yumruqla sındırıb. Hadisə zamanı onun qol nahiyəsindən xəsarət aldığı bildirilir.

Yaralı vəziyyətdə xəstəxanaya aparılan İlkin Baxışov tibbi müəssisəyə çatdırılarkən yolda dünyasını dəyişib.

Xəbəri paylaş Dostlarınıza göndərin