Yeni xəbərlər burada görünəcək.

QIRĞIZISTANIN MİLLİ KOMANDASI DƏLƏDUZLARIN QURBANI OLDU

LEQAL XƏBƏR məlumat verir ki, Qırğızıstanın taekvondo üzrə milli komandası dələduzların hədəfinə çevrilib. Məlumata görə, hadisə səbəbindən milli komandanın Monqolustanda keçiriləcək Asiya çempionatında iştirakı təhlükə altına düşüb. Federasiyanın vitse-prezidenti Sardor Rəhimşayxov bildirib ki,

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Qırğızıstanın taekvondo üzrə milli komandası dələduzların hədəfinə çevrilib.

Məlumata görə, hadisə səbəbindən milli komandanın Monqolustanda keçiriləcək Asiya çempionatında iştirakı təhlükə altına düşüb.

Federasiyanın vitse-prezidenti Sardor Rəhimşayxov bildirib ki, komanda bu gün akkreditasiya prosesindən keçməli, sabah isə turnirdə mübarizəyə başlamalı idi.

Onun sözlərinə görə, komandanın Almatıdan Pekin vasitəsilə Ulan-Batora uçması planlaşdırılıb. Biletlərin alınması üçün 2 milyon som (təxminən 39 min manat) vəsait köçürülsə də, sonradan məlum olub ki, biletlər alınmayıb.

Hazırda milli komanda çempionatda iştirak etmək üçün alternativ yollar axtarır. Komanda üzvləri problemin həlli ilə bağlı kömək məqsədilə aidiyyəti şəxslərə müraciət ediblər.

Xəbəri paylaş Dostlarınıza göndərin