Yeni xəbərlər burada görünəcək.

"QIYAMƏT GÜNÜ" RADİOSU ÜÇ YENİ SÖZ GÖNDƏRDİ

LEQAL XƏBƏR məlumat verir ki, “Qiyamət günü” radiosu kimi tanınan “UVB-76” radiostansiyası avqustun 24-də səhər saatlarında üç yeni kod mesajı yayımlayıb. Məlumata görə, siqnallar Bakı vaxtı ilə saat 07:08-dən 09:00-dək qeydə alınıb. Stansiyanın efirində “Mılovar Doljnostnoy”, “Belokurıy” və

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, “Qiyamət günü” radiosu kimi tanınan “UVB-76” radiostansiyası avqustun 24-də səhər saatlarında üç yeni kod mesajı yayımlayıb.

Məlumata görə, siqnallar Bakı vaxtı ilə saat 07:08-dən 09:00-dək qeydə alınıb.

Stansiyanın efirində “Mılovar Doljnostnoy”, “Belokurıy” və “Şketorinq” kod ifadələri səsləndirilib.

“UVB-76” 1970-ci illərdə yaradılmış radiostansiyadır. O, əsasən fasiləsiz təkrarlanan qısa vızıltılı siqnalı ilə tanınır. Bəzən bu siqnal rus dilində səsləndirilən qısa kod mesajları ilə kəsilir.

Qeyd edək ki, radiostansiyanın yayımladığı bu cür kod ifadələrinin dəqiq məqsədi və mənası ictimaiyyətə açıqlanmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin