LEQAL XƏBƏR məlumat verir ki, Neftçala rayonunun Mikayıllı kəndi ərazisində yerləşən "Qızılağac" Dövlət Təbiət Qoruğunda yanğın baş verib.
Məlumata görə, yanğın nəticəsində 15 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.![]()