Son aylarda qızılın qiymətinin artması saxta zinət əşyaları ilə bağlı riskləri də gündəmə gətirib. Mütəxəssislər bildirir ki, bəzi sadə üsullarla qızılın həqiqi olub-olmadığını ev şəraitində ilkin olaraq yoxlamaq mümkündür.
Qeyd olunur ki, qızıl maqnitə yapışmır və suya salındıqda rəngini dəyişmir. Həmçinin zinət əşyasının üzərində prob (əyar) işarəsinin olması onun orijinallığı barədə ilkin məlumat verə bilər. Keramika üzərində sürtmə testi və sirkə ilə yoxlama üsulu da geniş istifadə olunan sadə metodlar sırasındadır. Bununla belə, mütəxəssislər dəqiq nəticə üçün zinət əşyalarının zərgərlik mağazalarında və ya xüsusi laboratoriyalarda yoxlanılmasını tövsiyə edir. Saxta məhsullardan qorunmaq üçün alış zamanı etibarlı mənbələrə üstünlük verilməsi vacib sayılır.
