Leqal xəbər məlumat verir ki, Qobustan qəsəbəsində yerləşən kanal körpüsünün uçması nəticəsində ərazidə təhlükəli vəziyyət yaranıb.
Hadisə Bakı istiqamətində yolun 55-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, körpünün aşırım tirinin qırılması nəticəsində çökmə baş verib və bir avtomobil körpüyə düşüb.
Əraziyə aidiyyəti qurumların və agentliyin mütəxəssisləri cəlb olunub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, həmçinin dəyən ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.