Yeni xəbərlər burada görünəcək.

Qolsuz körpəsindən imtina edib, pişik balasını özü ilə apardı.

Üç ay əvvəl Sabunçu Tibb Mərkəzində doğulan körpə ilə bağlı bəzi məlumatlar əldə edilib. Həmin körpənin anası ilə eyni palatada qalmış qadının bildirdiyinə görə ana körpənin qolsuz olduğunu doğuşdan sonra öyrənib. Bundan sonra isə uşaqdan imtina edib: “Nur parçası kimi uşaq idi. Çox gözəl uşaq idi

5 baxış 3 dəq

Üç ay əvvəl Sabunçu Tibb Mərkəzində doğulan körpə ilə bağlı bəzi məlumatlar əldə edilib.

Həmin körpənin anası ilə eyni palatada qalmış qadının bildirdiyinə görə ana körpənin qolsuz olduğunu doğuşdan sonra öyrənib. Bundan sonra isə uşaqdan imtina edib:

“Nur parçası kimi uşaq idi. Çox gözəl uşaq idi və elə baxırdı ki, sanki sevgi istəyirdi”, - deyə qadın bildirib.

Əldə olunan başqa bir məlumata görə isə, körpənin anasının da ciddi sağlamlıq problemləri var. Onun uşağı nikahdan kənar dünyaya gətirdiyi məlum olub. Qadın hamiləlik boyu həkim müayinəsindən keçmədiyi üçün uşağın qüsurlu doğulacağından xəbərsiz olub.

Üç gün sonra körpəsindən imtina edən və xəstəxanadan çıxan qadını görən şahidlərdən biri isə onun həyətdə gördüyü pişik balasını “yazıqdır” deyərək götürüb apardığını bildirib.

Qeyd edək ki, ana doğuşdan üç gün sonra övladından imtina edərək tibb müəssisəsini tərk edib. Körpə bu gün Sosial Xidmətlər Agentliyi tərəfindən 1 nömrəli körpələr evinə yerləşdirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin