Yeni xəbərlər burada görünəcək.

Qırğızıstan Prezidenti: ŞƏT-in gələcək inkişafının əsasında birlik dayanır

Leqalxeber.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə ŞƏT-in Zirvə Görüşündə bildirib. Dövlət başçısı qeyd edib ki, builki görüş ŞƏT-in 25 illiyinə təsadüf edir və Qırğızıstanın sədrliyi “ŞƏT-in 25 ili: davamlı sülhə, inkişafa və rifaha doğru birlikdə” devizi altında

4 baxış 3 dəq

Leqalxeber.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə ŞƏT-in Zirvə Görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, builki görüş ŞƏT-in 25 illiyinə təsadüf edir və Qırğızıstanın sədrliyi “ŞƏT-in 25 ili: davamlı sülhə, inkişafa və rifaha doğru birlikdə” devizi altında keçirilir.

“Dörddəbir əsr ərzində ŞƏT sərhədlərdə etimadın möhkəmləndirilməsi mexanizmindən dünyanın aparıcı beynəlxalq təşkilatlarından birinə çevrilərək öz səmərəliliyini və zəruriliyini sübut edib”, - deyə Sadır Japarov vurğulayıb. Sonda Qırğızıstan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının iclasını açıq elan edib.

Xəbəri paylaş Dostlarınıza göndərin