Yeni xəbərlər burada görünəcək.

Qətnamə qəbul edildi

Leqal xəbər bildirirki, BMT Təhlükəsizlik Şurası İranın ərəb ölkələrinə hücumlarını dayandırmasını tələb edən qətnamə qəbul edib. Məlumata görə, sənədi 13 ölkə dəstəkləyib, Rusiya və Çin isə bitərəf qalıb. Qətnamədə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyada

12 baxış 3 dəq

Leqal xəbər bildirirki, BMT Təhlükəsizlik Şurası İranın ərəb ölkələrinə hücumlarını dayandırmasını tələb edən qətnamə qəbul edib. Məlumata görə, sənədi 13 ölkə dəstəkləyib, Rusiya və Çin isə bitərəf qalıb. Qətnamədə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyada yerləşən obyektlərə hücumları pislənir və onların dərhal dayandırılması tələb olunur. Sənəddə ABŞ və İsrailin İrana hücumları barədə isə qeyd olunmayıb. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani qətnaməni tənqid edərək bəzi üzvlərin münaqişədə tərəflərin rolunu dəyişdirməyə çalışdığını bildirib. Daha sonra Təhlükəsizlik Şurası Yaxın Şərq münaqişəsi ilə bağlı Rusiyanın təqdim etdiyi qətnamə layihəsini də qəbul etməyib. Layihəni 4 ölkə dəstəkləyib, 9 ölkə bitərəf qalıb.

Xəbəri paylaş Dostlarınıza göndərin