LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda ilk dəfə yeniyetmələr arasında “Caspian Junior Cup 2026” beynəlxalq qolf turniri təşkil olunub.
Yarış “Quba Palace Hotel”in nəzdində fəaliyyət göstərən “The National Azerbaijan Golf Club”da hotelin təşkilatçılığı ilə keçirilib.
Turnirdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar iştirak ediblər.
“Caspian Junior Cup 2026” beynəlxalq yeniyetmələr üçün təşkil olunan qolf düşərgəsinin yekun tədbiri olub.
Mükafatlandırma mərasimində iştirakçı ölkələrin Azərbaycandakı diplomatları, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Qeyd olunub ki, turnirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmə qolfunun inkişafına dəstək vermək, regional idman əməkdaşlığını gücləndirmək və Azərbaycanın beynəlxalq qolf xəritəsində mövqeyini daha da möhkəmləndirməkdir.