Yeni xəbərlər burada görünəcək.

Quba polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var

LEQAL XƏBƏR məlumat verir ki, Qubada keçirilən əməliyyatlar zamanı 7 kiloqram narkotik vasitə və avtomat silah aşkarlanıb. Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Qubada keçirilən əməliyyatlar zamanı 7 kiloqram narkotik vasitə və avtomat silah aşkarlanıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.

Onun üzərindən ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədov saxlanılıb. Ondan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd AKM markalı avtomat aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Məhkəmənin qərarı ilə X.Muradov və Z.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş Dostlarınıza göndərin