"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ispaniyalı yarımmüdafiəçi Joni Montiel barədə sərt qərar qəbul edib.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə məlumatı Sportinfo yayıb.
Məlumata görə, təcrübəli mütəxəssis Joni Montieli qeyri-müəyyən müddətə əsas komandanın düşərgəsindən uzaqlaşdırıb. Bildirilir ki, buna səbəb futbolçunun intizam qaydalarını pozması olub.
Qeyd olunur ki, Montielin UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubuna qarşı keçirilən oyunlar üçün iştirak ərizəsinə daxil edilməməsi də məhz bu qərarla əlaqədardır.
UEFA-ya təqdim olunan yekun iştirak siyahısında ümumilikdə 24 futbolçunun adı yer alıb.
Həmin siyahıda klubun yetirmələri olan Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov isə B siyahısına daxil ediliblər. Bu, UEFA-nın Avropa klub turnirlərində iştirak edən komandalar üçün müəyyən etdiyi məcburi tələblərdən biridir.![]()