Yeni xəbərlər burada görünəcək.

Qusarda sel fəlakəti

Leqal xəbər məlumat verir ki, Qusar rayonunda baş verən güclü sel ciddi fəsadlara yol açıb. Yağıntılar nəticəsində evlərə ziyan dəyib, avtomobillər suyun axını ilə sürüklənib, bəzi ərazilərdə isə elektrik transformatorları sıradan çıxıb. Yayılan görüntülərdən aydın olur ki, sel suları yaşayış

19 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Qusar rayonunda baş verən güclü sel ciddi fəsadlara yol açıb. Yağıntılar nəticəsində evlərə ziyan dəyib, avtomobillər suyun axını ilə sürüklənib, bəzi ərazilərdə isə elektrik transformatorları sıradan çıxıb. Yayılan görüntülərdən aydın olur ki, sel suları yaşayış məntəqələrinə daxil olaraq infrastruktura ciddi zərər vurub. Ağır çəkili nəqliyyat vasitələrinin belə selin təsirindən yerindən tərpəndiyi bildirilir. Hadisə zamanı bəzi şəxslərin, o cümlədən bir polis əməkdaşının son anda təhlükədən xilas olduğu qeyd olunur. Hazırda ərazidə vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyü bildirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin