Leqal xəbər məlumat verir ki, Qusar rayonunda axtarışda olan silahlı şəxs polis tərəfindən zərərsizləşdirilib. Hadisə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı baş verib.
Məlumata görə, müxtəlif cinayət əməllərində şübhəli bilinən R.Rəsulov saxlanılarkən polis əməkdaşlarına odlu silahla müqavimət göstərib. Əməliyyat zamanı təhlükəsizlik tədbirləri görülərək həmin şəxs zərərsizləşdirilib.
Hadisə yerindən tapança aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.