Yeni xəbərlər burada görünəcək.

“Qızıl Qaya” restoranında zəhərlənmə, araşdırma gedir

Bakının "Qızıl qaya" restoranında zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalar aparılır. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. "Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı AQTA tərəfindən araşdırmalar

14 baxış 3 dəq

Bakının "Qızıl qaya" restoranında zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalar aparılır. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

"Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı AQTA tərəfindən araşdırmalar aparılır.

İlkin araşdırmalara əsasən, agentliyin əməkdaşları tərəfindən restoranda keçirilən yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması zamanı nöqsanlara və çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir", - məlumatda bildirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin