Nyu-York Ticarət Birjasında (NYMEX) və onun "Comex" bölməsində qiymətli metalların qiymətində artım qeydə alınıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ticarət platformalarının məlumatlarında bildirilib.
Bakı vaxtı ilə saat 13:45-ə olan göstəricilərə əsasən, NYMEX-də sentyabr ayı üzrə palladium füçerslərinin qiyməti 0,85 faiz artaraq bir trua unsiyası üçün 1 279 dollara yüksəlib.
Oktyabr ayı üzrə platin füçersləri isə 1,8 faiz bahalaşaraq bir trua unsiyası üçün 1 632,9 dollar təşkil edib.
"Comex" birjasında avqust ayı üzrə qızılın qiyməti 1,27 faiz artaraq bir trua unsiyası üçün 4 066 dollara çatıb.
Sentyabr ayı üzrə gümüş füçerslərinin qiyməti isə 4,06 faiz yüksələrək bir trua unsiyası üçün 59,39 dollar olub.![]()