Yeni xəbərlər burada görünəcək.

Qızıl və gümüş ucuzlaşdı

Leqal xəbər məlumat verirki, COMEX birjasında qızıl və gümüş qiymətlərində ciddi eniş qeydə alınıb. Aprel ayı üçün qızıl füçersləri yanvarın 5-dən bəri ilk dəfə 1 unsiya üçün 4 400 dollardan aşağı düşüb. Son məlumata görə, qızılın qiyməti 2,7% azalaraq 4 370,7 dollara enib, qısa müddətdə isə eniş

8 baxış 3 dəq

Leqal xəbər məlumat verirki, COMEX birjasında qızıl və gümüş qiymətlərində ciddi eniş qeydə alınıb. Aprel ayı üçün qızıl füçersləri yanvarın 5-dən bəri ilk dəfə 1 unsiya üçün 4 400 dollardan aşağı düşüb. Son məlumata görə, qızılın qiyməti 2,7% azalaraq 4 370,7 dollara enib, qısa müddətdə isə eniş davam edərək 4 342,7 dollara (-3,32%) qədər geriləyib. Gümüş bazarında da oxşar dinamika müşahidə olunub. Mart ayı üzrə gümüş füçersləri fevralın 5-dən bəri ilk dəfə 65 dollardan aşağı düşərək 64,83 dollar (-4,39%) səviyyəsinə enib. Daha sonra qiymət bir qədər sabitləşərək 66,15 dollara (-2,45%) yüksəlib.
Ekspertlər bu enişi qlobal bazarlardakı dəyişikliklər və investor davranışları ilə əlaqələndirir.


Xəbəri paylaş Dostlarınıza göndərin