Yeni xəbərlər burada görünəcək.

QƏZZADA SÜLHMƏRAMLILARIN YERLƏŞDİRİLMƏSİ TƏXİRƏ SALINDI

LEQAL XƏBƏR məlumat verir ki, Qəzza zolağında fəaliyyət göstərməsi planlaşdırılan sülhməramlı qüvvələrin yerləşdirilməsi prosesi təxirə salınıb. Məlumata görə, əsasən Mərakeş hərbçilərindən ibarət olacaq ilk qrupun iyun ayında Qəzzaya göndərilməsi planlaşdırılsa da, proses bir neçə ay sonraya

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Qəzza zolağında fəaliyyət göstərməsi planlaşdırılan sülhməramlı qüvvələrin yerləşdirilməsi prosesi təxirə salınıb.

Məlumata görə, əsasən Mərakeş hərbçilərindən ibarət olacaq ilk qrupun iyun ayında Qəzzaya göndərilməsi planlaşdırılsa da, proses bir neçə ay sonraya keçirilib.

Bildirilir ki, sülhməramlı qüvvələr Qəzza zolağında fəaliyyətə başlamazdan əvvəl İsrail sərhədinə yaxın ərazilərdə xüsusi hazırlıq keçəcəklər. Eyni zamanda, gələcəkdə kontingentin əlavə qüvvələrlə gücləndirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, İsrail ilə HƏMAS arasında atəşkəs 2025-ci ilin oktyabrında qüvvəyə minib. Razılaşmanın icrasına nəzarət məqsədilə ABŞ-nin təşəbbüsü ilə Sülh Şurası yaradılıb və qurumun nizamnaməsini 20 dövlət imzalayıb.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, yeni yaradılan qurum Qəzza zolağında BMT ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin