Hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini Rövşən Soltanov həyat yoldaşı Mədinə Soltanovaya bıçaqla xəsarətlər yetirib. Qadın aldığı ağır yaralardan hadisə yerində həyatını itirib.
Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən Rövşən Soltanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri və digər halları araşdırılır.
Qeyd edək ki, ilkin məlumatlara əsasən, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.