Yeni xəbərlər burada görünəcək.

ƏR VƏ ARVADIN YANARAQ ÖLDÜYÜ HADİSƏ QƏSDƏN TÖRƏDİLİBMİŞ – SAXLANILAN VAR

LEQAL XƏBƏR məlumat verir ki, Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədildiyi məlum olub. Hadisənin rayon sakini, 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törədildiyi müəyyənləşdirilib. Məlumata görə, V.Baxşəliyev sübh saatlarında 1941-ci il təvəllüdlü Əsgər Vəli

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədildiyi məlum olub.

Hadisənin rayon sakini, 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törədildiyi müəyyənləşdirilib.

Məlumata görə, V.Baxşəliyev sübh saatlarında 1941-ci il təvəllüdlü Əsgər Vəli oğlu Səmədov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Soltan qızı Hüseynovanın yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra evə od vuraraq hadisə yerindən uzaqlaşıb.

Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həyatını itirib.

Vəfat edən şəxslərin oğlu hadisə zamanı evdən 15 min manat pulun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində V.Baxşəliyev saxlanılıb.

Hazırda ahıl kişi və qadının yanğından əvvəl öldürülməsi, yoxsa yanğın nəticəsində həyatlarını itirmələri müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin