Yeni xəbərlər burada görünəcək.

Ramanada yağış yağanda yollar keçilməz olur

Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində, Südçülük yolu istiqamətində yerləşən ərazilərdə yollar yağış yağan kimi keçilməz vəziyyətə düşür. Ərazidə yağan yağışdan sonra yollarda böyük gölməçələr və palçıq yaranır. Bu isə həm sürücülərin, həm də piyadaların hərəkətini ciddi şəkildə

10 baxış 3 dəq

Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində, Südçülük yolu istiqamətində yerləşən ərazilərdə yollar yağış yağan kimi keçilməz vəziyyətə düşür.

Ərazidə yağan yağışdan sonra yollarda böyük gölməçələr və palçıq yaranır.

Bu isə həm sürücülərin, həm də piyadaların hərəkətini ciddi şəkildə çətinləşdirir.

Sürücülər avtomobilləri ilə, piyadalar isə yolu keçərkən çətinliklə üzləşirlər.

Sakinlərin sözlərinə görə, problem yeni deyil və demək olar ki, hər yağışdan sonra eyni vəziyyət təkrarlanır.

Xəbəri paylaş Dostlarınıza göndərin