Yeni xəbərlər burada görünəcək.

ƏRDOĞAN MAKRONA İCAZƏ VERMƏDİ

Leqal xəbər məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronun Ermənistan üzərindən quru sərhədi vasitəsilə Türkiyəyə keçid planına razılıq vermədiyi iddia olunur. Məlumata görə, Makron İrəvanda keçirilən tədbirlərdən sonra Türkiyəyə səfər etməyi və

5 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronun Ermənistan üzərindən quru sərhədi vasitəsilə Türkiyəyə keçid planına razılıq vermədiyi iddia olunur.
Məlumata görə, Makron İrəvanda keçirilən tədbirlərdən sonra Türkiyəyə səfər etməyi və Ərdoğanla görüşməyi planlaşdırıb. İddialara əsasən, bu addım siyasi baxımdan rəmzi mesaj kimi qiymətləndirilib.
Xəbərdə bildirilir ki, məsələ Türkiyə rəhbərliyi səviyyəsində müzakirə olunduqdan sonra qərar dəyişib. İddialara görə, Ankara bu məsələdə Azərbaycanla məsləhətləşmələr aparıb və yekunda Makronun keçidinə icazə verilməyib.
Mövzu regionda diplomatik münasibətlər və Türkiyə–Fransa əlaqələri baxımından diqqət çəkib.
Xəbəri paylaş Dostlarınıza göndərin