Bazarın sabitliyini pozanlar məsuliyyət daşıyacaqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fond bazarının məhdud seqmentində yaranan vəziyyətin ölkənin maliyyə sistemi üçün təhlükə yaratmadığını bildirib. Leqalxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında dövlətin vətəndaşların hüquqlarının qorunması və iqtisadi sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər görəcəyini deyib. O qeyd edib ki, Türkiyənin kapital bazarı dayanıqlıdır və baş verənlər maliyyə sisteminə riskin yayılmasından xəbər vermir. Prezident bazarın sabitliyini pozan şəxslərin qanunvericiliyə uyğun məsuliyyət daşıyacağını vurğulayıb. Ərdoğan həmçinin qapalı fondların fəaliyyətinin tənzimlənməsi ilə bağlı işlərin davam etdirildiyini bildirib. Qeyd edək ki, Türkiyənin Kapital Bazarları Şurası sentyabrın 17-də yeddi idarəedici şirkətin 131 investisiya fondunun ləğvi barədə qərar qəbul edib. Bu fondlara 455 mindən çox investorun sərmayə qoyduğu, ümumi aktivlərin isə 18 milyard dollar olduğu bildirilir.![]()
Ərdoğandan sərt mesaj: “Heç kimə göz yummayacağıq”
Bazarın sabitliyini pozanlar məsuliyyət daşıyacaqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fond bazarının məhdud seqmentində yaranan vəziyyətin ölkənin maliyyə sistemi üçün təhlükə yaratmadığını bildirib. Leqalxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Nazirlər Kabinetinin
10 baxış
3 dəq