LEQAL XƏBƏR məlumat verir ki, İspaniyanın məşhur futbol klubu “Real Madrid” heyətini yeni oyunçu ilə gücləndirib.
Klubun rəsmi açıqlamasına əsasən, Portuqaliya millisinin üzvü Bernardu Silvanın transferi rəsmiləşdirilib. 31 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Təcrübəli futbolçu son olaraq İngiltərənin “Mançester Siti” klubunda çıxış edib və burada qazandığı uğurlarla Avropa futbolunun ən önəmli oyunçularından birinə çevrilib.
Qeyd edək ki, Bernardu Silva karyerası ərzində həm klub, həm də milli komanda səviyyəsində çoxsaylı titullar qazanıb və texniki bacarığı ilə seçilən futbolçular sırasında yer alır.