Yeni xəbərlər burada görünəcək.

"Real Madrid"in ulduzlarının transfer yalanı

LEQAL XƏBƏR məlumat verir ki, “Real Madrid”in hücumçuları Endrik və Vinisius Junior, həmçinin “Leypziq”in vingeri Yan Diomandenin karyerasını idarə edən “Roc Nation Sports International” agentliyi mediada yayılan xəbərlərlə bağlı sərt açıqlama yayıb. Agentlik bəzi media nümayəndələrini diqqət

3 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, “Real Madrid”in hücumçuları Endrik və Vinisius Junior, həmçinin “Leypziq”in vingeri Yan Diomandenin karyerasını idarə edən “Roc Nation Sports International” agentliyi mediada yayılan xəbərlərlə bağlı sərt açıqlama yayıb.

Agentlik bəzi media nümayəndələrini diqqət çəkmək məqsədilə saxta, yalan və ləkələyici məlumatlar yaymaqda ittiham edib.

Şirkətin rəsmi açıqlamasında bildirilib ki, müştərilər barədə heç bir əsası olmayan məlumatların yayılması qəbuledilməzdir. Agentlik bu cür yanaşmanı zərərli və açıq-aşkar böhtan xarakterli addım kimi qiymətləndirib və jurnalistləri yayımladıqları məlumatlara görə məsuliyyətli olmağa çağırıb.

Diqqətçəkən məqamlardan biri isə agentliyin paylaşımına ilk reaksiya verənlər arasında Yan Diomandenin də olmasıdır.

Qeyd edək ki, bundan əvvəl futbol dünyasında müxtəlif transfer iddiaları yayılmışdı. Mətbuatda Diomandenin “Real Madrid”ə, Vinisius Juniorun “Arsenal”a, Endrikin isə “Roma”ya keçə biləcəyi barədə xəbərlər yer almışdı.

Xəbəri paylaş Dostlarınıza göndərin