Yeni xəbərlər burada görünəcək.

RESPUBLİKA PEDİATRİYA MƏRKƏZİNƏ YENİ DİREKTOR TƏYİN OLUNDU

Leqal xəbər məlumat verir ki, Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Erkin Rəhimov təyin edilib. Bu barədə yayılan məlumatda bildirilir ki, o, pediatriya və neonatologiya sahəsində uzun illərdir fəaliyyət göstərir. Qeyd olunur ki, Erkin Rəhimov 2012–2014-cü illərdə “İstanbul Memorial

25 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Erkin Rəhimov təyin edilib. Bu barədə yayılan məlumatda bildirilir ki, o, pediatriya və neonatologiya sahəsində uzun illərdir fəaliyyət göstərir.
Qeyd olunur ki, Erkin Rəhimov 2012–2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasının Neonatologiya şöbəsinə rəhbərlik edib. 2014-cü ildən isə “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Yeni direktor eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-eksperti kimi də fəaliyyət göstərir.
Təyinatın ölkədə pediatriya xidmətlərinin inkişafı və uşaq sağlamlığı sahəsində idarəetmənin gücləndirilməsi baxımından əhəmiyyətli olacağı bildirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin