Yeni xəbərlər burada görünəcək.

RESTORANDA SEVGİLİSİNİ DÖYƏN EVLİ KİŞİYƏ HÖKM

LEQAL XƏBƏR məlumat verir ki, Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amid Ümidlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amid Ümidlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.

İttihama görə, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində baş verib. Amid Ümidli zərərçəkmiş İnarə Əsədova (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olub.

İnarənin tanışı ilə səmimi şəkildə danışıb gülməsi tərəflər arasında qısqanclıq zəminində mübahisəyə səbəb olub. Mübahisə zamanı Amid onun boynundan qəsdən sıxıb, daha sonra qol və bud nahiyələrinə yumruqla zərbələr endirib.

Döyülmə nəticəsində İnarənin müxtəlif nahiyələrində xəsarətlər yaranıb.

Məhkəmənin hazırlıq iclasında Amid Ümidli ittiham üzrə özünü təqsirli bilib, vurduğu maddi ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib. İnarə Əsədova da tərəflərin barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib.

Qeyd edək ki, Amid Ümidlinin anket məlumatlarında evli olduğu göstərilir.

Xəbəri paylaş Dostlarınıza göndərin