LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində restoranda baş verən silahlı insident ölümlə nəticələnib.
Məlumata görə, gecə saatlarında baş verən atışma zamanı 28 yaşlı Türkiyə vətəndaşı aldığı güllə yaralarından hadisə yerində həyatını itirib.
Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb. Hüquq-mühafizə orqanları onun saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıblar.