Yeni xəbərlər burada görünəcək.

“Roşka” ləqəbli tiktokerə hökm oxunub – 3 il həbs cəzası

“Roşka” ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanova hökm oxunub. Məhkəmənin qərarına əsasən, o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Leqalxeber.az məlumat verir ki, Rövşən Süleymanovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Qeyd edək ki, sosial şəbəkələrdə “Roşka” adı ilə

8 baxış 3 dəq

“Roşka” ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanova hökm oxunub. Məhkəmənin qərarına əsasən, o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Leqalxeber.az məlumat verir ki, Rövşən Süleymanovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə “Roşka” adı ilə tanınan tiktoker 2025-ci ilin yanvar ayında saxlanılıb. Onun barəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ilə bağlı ittiham irəli sürülüb.

İş üzrə məhkəmə prosesi hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilib. Məhkəmə araşdırması zamanı işin halları və tərəflərin mövqeləri nəzərdən keçirilib.

Hökmə əsasən, Rövşən Süleymanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, tiktokerin cinayət işi ilə bağlı əvvəlki məhkəmə proseslərində onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Xəbəri paylaş Dostlarınıza göndərin