Yeni xəbərlər burada görünəcək.

Ronaldo İspaniya klubunun səhmlərini aldı

Portuqaliya yığmasının və “Əl Nəsrin” ulduzu Kriştianu Ronaldo İspaniyanın “Almeriya” klubunun səhmlərini alıb. “Leqal Xəbər” xəbər verir ki, o, bu klubun səhmlərinin 25 faizinə sahib çıxıb. Ronaldo bunun çoxdankı arzusu olduğunu bildirib: “Meydandan kənarda da futbola töhfə vermək mənim çoxdankı

10 baxış 3 dəq

Portuqaliya yığmasının və “Əl Nəsrin” ulduzu Kriştianu Ronaldo İspaniyanın “Almeriya” klubunun səhmlərini alıb.

“Leqal Xəbər” xəbər verir ki, o, bu klubun səhmlərinin 25 faizinə sahib çıxıb.

Ronaldo bunun çoxdankı arzusu olduğunu bildirib: “Meydandan kənarda da futbola töhfə vermək mənim çoxdankı arzum idi. “Almeriya” möhkəm təməlləri və aydın inkişaf potensialı olan bir İspaniya klubudur. Klubun növbəti inkişaf mərhələsini dəstəkləmək üçün rəhbərlik heyəti ilə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”.


Xəbəri paylaş Dostlarınıza göndərin