Yeni xəbərlər burada görünəcək.

Ronaldu və Messi ilk dəfə eyni komandada oynaya bilərlər

Leqalxeber.az bu barədə"The Sun" nəşrinə istinadən xəbər verir. Qeyd olunub ki, bu, argentinalı futbolçu Karlos Tevesin Buenos-Ayresdə keçiriləcək vida matçında baş tuta bilər. "Onların arasında əfsanəvi rəqabət formalaşıb: Ronaldu ilə Messi klub və milli komanda səviyyəsində

6 baxış 3 dəq

Leqalxeber.az bu barədə"The Sun" nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, bu, argentinalı futbolçu Karlos Tevesin Buenos-Ayresdə keçiriləcək vida matçında baş tuta bilər.

"Onların arasında əfsanəvi rəqabət formalaşıb: Ronaldu ilə Messi klub və milli komanda səviyyəsində bir-biri ilə 37 dəfə qarşılaşıblar. Lakin indi Argentinadan bu cütlüyün birlikdə oynaya biləcəyi barədə xəbərlər gəlir", - deyə nəşrin məlumatında bildirilir.

Matçın keçirilməsi üçün ilkin tarix dekabr ayına təyin edilib. Teves futbolun ən böyük ulduzları arasında yaddaqalan qarşılaşma təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, avqustun 31-də Lionel Messi Argentina millisindəki karyerasını başa vurub. Həmçinin avqust ayında Kriştianu Ronaldu 2026/27 mövsümünün onun futbolçu karyerasında sonuncu ola biləcəyini açıqlayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin