Yeni xəbərlər burada görünəcək.

Rostovda gəmidə qalan 11 azərbaycanlı 7 aydır maaş almır

Rostovda lövbərdə qalan gəminin azərbaycanlı heyəti maaşlarının ödənilmədiyini iddia edir. Rusiyanın Rostov şəhərində lövbərdə qalan “Consul” adlı gəminin heyət üzvləri maaşlarının uzun müddətdir ödənilmədiyini və təhlükəli şəraitdə qaldıqlarını iddia edirlər. Redaksiyaya daxil olan şikayətə

13 baxış 3 dəq
Rostovda lövbərdə qalan gəminin azərbaycanlı heyəti maaşlarının ödənilmədiyini iddia edir.
Rusiyanın Rostov şəhərində lövbərdə qalan “Consul” adlı gəminin heyət üzvləri maaşlarının uzun müddətdir ödənilmədiyini və təhlükəli şəraitdə qaldıqlarını iddia edirlər.
Redaksiyaya daxil olan şikayətə əsasən, İstanbulda yerləşən “Adler” firmasına məxsus olduğu bildirilən gəminin sahibi Müzəffər Salim, şəriki isə Elman Mürsəlovdur.
Gəmi kapitanı (Şikayətçi) Salahov Səbuhinin verdiyi məlumata görə, gəminin göyərtəsində ümumilikdə 12 ekipaj üzvü var. Onlardan 11-nin Azərbaycan vətəndaşı, birinin isə Rusiya vətəndaşı olduğu bildirilir.
Heyət üzvlərinin iddiasına görə, onların təxminən 7 aylıq əməkhaqqı ödənilməyib. Toplam borcun 150 min ABŞ dollarına yaxın olduğu bildirilir.


Şikayətçilər qeyd edirlər ki, gəmi artıq təxminən 4 aydır Rostov ərazisində lövbərdə qalır. Onların sözlərinə görə, bu müddət ərzində əməkhaqqı probleminin həlli ilə bağlı nəticə əldə olunmayıb.
Ekipaj üzvləri hazırda təhlükəsizlik baxımından da ciddi narahatlıq yaşadıqlarını bildirirlər. Onların sözlərinə görə, gəmi dron hücumları və atəş təhlükəsi olan ərazidə lövbərdə saxlanılır.
Heyət üzvləri aidiyyəti qurumlardan vəziyyətə müdaxilə etməyi, onların təhlükəsizliyinin təmin olunmasını və ödənilməyən əməkhaqlarının verilməsi məsələsinin həllinə köməklik göstərilməsini xahiş edirlər.
Xəbəri paylaş Dostlarınıza göndərin