Yeni xəbərlər burada görünəcək.

Ruben Vardanyan apellyasiya şikayəti verməyəcək

Bakı Hərbi Məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilən Ermənistan vətəndaşı Ruben Vardanyan hökmdən apellyasiya şikayəti verməyəcək Leqal xəbərin məlumatına görə, bu barədə açıqlama onun ailəsi tərəfindən yayılıb. Bildirilib ki, apellyasiya şikayətindən imtina hökmə razılıq

13 baxış 3 dəq

Bakı Hərbi Məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilən Ermənistan vətəndaşı Ruben Vardanyan hökmdən apellyasiya şikayəti verməyəcək
Leqal xəbərin məlumatına görə, bu barədə açıqlama onun ailəsi tərəfindən yayılıb. Bildirilib ki, apellyasiya şikayətindən imtina hökmə razılıq anlamına gəlmir və məsələ beynəlxalq instansiyalarda davam etdiriləcək.
Xatırladaq ki, Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır maddələri üzrə təqsirli bilinib.

Xəbəri paylaş Dostlarınıza göndərin