Yeni xəbərlər burada görünəcək.

Rusiya başörtülü fotoya icazə verdi

Leqal xəbər verirki, Rusiya hökuməti pasport və rəsmi kimlik sənədlərində çəkilən fotolarda başörtüsünün istifadəsinə icazə verilməsi ilə bağlı yeni qaydanı gündəmə gətirib. Məlumata görə, dini inanclarına görə başörtüsü taxan şəxslər artıq rəsmi sənədlərdəki fotolarda da başörtüsü ilə görünə

6 baxış 3 dəq

Leqal xəbər verirki, Rusiya hökuməti pasport və rəsmi kimlik sənədlərində çəkilən fotolarda başörtüsünün istifadəsinə icazə verilməsi ilə bağlı yeni qaydanı gündəmə gətirib. Məlumata görə, dini inanclarına görə başörtüsü taxan şəxslər artıq rəsmi sənədlərdəki fotolarda da başörtüsü ilə görünə biləcəklər. Rəsmilər bildiriblər ki, bu qərar ölkədə inanc azadlığının qorunması və dini hüquqlara hörmət prinsipi çərçivəsində qəbul edilib. Yeni qaydanın xüsusilə müsəlman əhalinin daha çox yaşadığı bölgələrdə mühüm əhəmiyyət daşıdığı qeyd olunur. Qeyd edək ki, Rusiyada əvvəllər də bəzi bölgələrdə dini səbəblərlə başörtüsünə müəyyən istisnalar tətbiq edilirdi. Yeni qərarın isə bu məsələyə daha aydın hüquqi çərçivə gətirdiyi bildirilir. Ekspertlərə görə, ölkədə təxminən 20 milyona yaxın müsəlman yaşayır və yeni tənzimləmə onların dini azadlıqlarının təmin edilməsi baxımından vacib addım kimi qiymətləndirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin